...

Gürcüstanın NATO-ya üzv olmaq istəyini Rusiya qəbul etməlidir - ekspertlər

Siyasət Materials 22 Yanvar 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir A.Qasımova / ABŞ-ın Kolumbiya Universitetinin eksperti Linkoln Mitçell hesab edir ki, Gürcüstanın NATO-ya üzv olmaq istəyinə Moskvanın razılıq verməsi Gürcüstan-Rusiya əlaqlərini yaxşılaşdıra bilər.

Mixail Saakaşvili Gürcüstanın təkrar prezidenti seçildikdən sonra bəyan edib ki, Rusiya ilə dostluq əlaqəsi ölkənin marağındadır. "Biz dövlətlərarası (Rusiya və Gürcüstan) yaxın münasibətin, iqtisadi əlaqənin olmamasından əziyyət çəkirik" - Saakaşvili deyib. O əlavə edib ki, gələcək nəsillərə ilk növbədə Rusiya ilə problemsiz dostluq əlaqələri qoymaq istəyir.

"Saakaşvilinin Rusiya ilə əlaqələri yaxşılaşdırmaq istəməsi tamamilə realdır. Lakin öz xalqının maraqlarına müvafiq həll etmək istəyir" - çərşənbə axşamı Mitçell Trend ə elektron poçt vasitəsi ilə bildirib. "Moskva və Tbilisi arasında əlaqələr Rusiyanın Gürcüstanı suveren və müstəqil, gələcəyini özü təyin edən dövlət kimi qəbul etməsi üzərində qurula bilər. İlk növbədə Rusiya Gürcüstanın NATO-ya üzv olmaq istəyini qəbul etməlidir" - ekspert hesab edir.

Yanvarın 5-də Gürcüstanda prezident seçkisi ilə yanaşı, ölkənin NATO-ya üzv olması plebisitin rəsmi yekununa görə, seçicilərin 72,5 faizi məsələnin lehinə səs verib. Rusiya problemləri üzrə aparıcı almaniyalı politoloqu Aleksandr Rar hesab edir ki, Gürcüstan Rusiya ilə müharibə şəraitində olduğu üçün bu ölkəni NATO-ya qəbul etməyəcəklər. "NATO-ya üzv olma cəhdində Gürcüstan Ukraynanı üstələyib. Gürcüstana real siyasətçi lazımdır. Çünki Gürcüstan Rusiya ilə müharibə vəziyyətində olduğu təqdirdə NATO-ya qəbul edilməyəcək" - çərşənbə axşamı Rar Moskvadan Trend ə bidirib.

Onun sözlərinə görə, prezident Saakaşvili realistdir və başa düşür ki, Rusiya ilə münaqişədə daim Amerikanın köməyinə güvənə, "rus ayısı" ilə öz vətəndaşlarını və qərb tərəfdaşlarını qorxuda bilməz. Politoloq hesab edir ki, Gürcüstan NATO-ya üzv olmayıb və Saakaşvilinin hazırkı prezidentliyi dövründə üzv olmayacaq.

"Saakaşvili başa düşür ki, ABŞ və Rusiya xanım Klinton və Dmitri Medvedyev dövründə strateji tərəfdaşlığa yenidən başlaya bilərlər. Tbilisinin Moskvaya düşməncəsinə yanaşması NATO ilə yaxınlaşmasının ilk mərhələsində önəmli idi" - o hesab edir.

Xəbər lenti

Xəbər lenti