...

Azərbaycan Prezidenti Ilham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayinin iştirakçilarini qəbul etmişdir

Siyasət Materials 5 Fevral 2008 23:14 (UTC +04:00)

Azərbaycan, Bakı. 05 fevral / Trend / Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının iştirakçılarını qəbul etmişdir. O qeyd etdi ki, ölkəmizin əhalisinin sayı 8,6 milyon nəfər olduğu halda, həmkarlar ittifaqları 1,5 milyondan çox insanı birləşdirir. "Bu, böyük qüvvədir və mən hesab edirəm ki, Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu var", - İlham Əliyev demişdir.

Dövlət başçısı qeyd etdi ki ölkə öz iqtisadiyyatını bazar prinsipləri üzərində qurduğu bir halda işçilərlə işverənlər arasındakı münasibətlər tənzimlənməlidir, işçilərin hüquqları tam şəkildə qorunmalıdır. "Dövlət öz tərəfindən qəbul edilmiş qərarlarla bu sahəyə töhfəsini verməlidir və verir", prezident vurğuladı.

O əlavə etdi ki, Azərbaycanda sosial məsələlərin həllinə son zamanlar böyük vəsaitlər ayrılır, işçilərin əmək haqları ildə bir neçə dəfə artırılır. O cümlədən minimum əmək haqqı bir neçə dəfə artırılmışdır: "Hesab edirəm ki, gələcəkdə, ölkəmizin iqtisadi imkanları genişləndikcə bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir".

Xəbər lenti

Xəbər lenti