...

Azərbaycan və İran arasında mal dövriyyəsini iki milyard dollaradək artırmaq olar – səfir

Siyasət Materials 11 Fevral 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir E.Hüseynov / Azərbaycan və İran arasında mal dövriyyəsini iki mlrd. dollaradək artırmaq olar, İran İslam Respublikasının Azərbaycandakı səfiri Naser Hamidi Zare hesab edir.

Onun sözlərinə görə, tərəflər arasında mal dövriyyəsinin bir mlrd. dollara çatdırılması hər iki tərəfin hökumətinə yüksək səviyyədə tapşırılıb. 2007-ci ilin yekununa əsasən, Azərbaycanın və İranın mal dövriyyəsi bu göstəriciyə yaxınlaşır, baxmayaraq ki, hələ bir milyarda çatmayıb. İkitərəfli iqtisadi əlaqələrin imkanları o dərəcədə yüksəkdir ki, yaxın gələcəkdə nəinki bir yarım, hətta iki mlrd. dollara çata bilər - Həmidi Zare deyib.

Səfir ikitərəfli əməkdaşlığın vəziyyətindən, xüsusən də hökumət səviyyəsində həyata keçirilən əməkdaşlıqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın yüksək vəzifəli şəxslərinin İrana səfəri gözlənilir. Onların arasında parlament spikeri, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, xarici işlər və digər nazirlər yer alırlar.

Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti