...

Aİ Dağlıq Qarabağ münaqişəsinin Kosovonun tanınması kontekstində olmasına qarşıdır

Siyasət Materials 13 Fevral 2008 14:22 (UTC +04:00)
Aİ Dağlıq Qarabağ münaqişəsinin Kosovonun tanınması kontekstində olmasına qarşıdır

Azərbaycan, Bakı, 13 fevral / Trend , K.Ramazanova / Kosovo müstəqilliyini birtərəfli qaydada tanıya biləcək Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bu kontekstdə ola bilməz.

"Yaxşı ki, Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Kosovonun tanınması kontekstində deyil" - çərşənbə günü Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Rusiyanın "Kommersant" qəzetinə verdiyi müsahibəsində deyib.

Serbiya əyaləti Kosovonu müstəqil dövlət elan edəcək bəyannamə həftənin sonunda imzalana bilər. Bu barədə çərşənbə axşamı Kosovo parlamentinin spikeri Yakup Krasniçi bəyan edib.

Bu qərarın qəbul ediləcəyi yerli parlamentin iclas tarixi haqqında hələ heç bir Kosovo siyasətçisi danışmayıb. Lakin Kosovo KİV-i fevralın 17-də regionun müxtariyyat almaq imkanı olduğunu qeyd edib və hətta bu münasibətlə bayram tədbirinə xərclənəck məbləğin təxminən bir milyon avro olduğunu bildirib.

Cənubi Serbiya əyaləti rəhbərləri ABŞ, Böyük Britaniya və Avropa İttifaqının əksər ölkələrinin dəstəyi ilə son bir neçə il ərzində müstəqil dövlət statusu almağa çalışırlar. Rusiya Kosovo müstəqilliyinin birtərəfli elan edilməsinə qarşı çıxır.

Semnebi Qarabağa dair uzun müddətli dialoqların nəticə verməməsindən məyusluğunu bildirib. "Lakin orada müəyyən sakitlik sürür və bu ümüdvericidir" - xüsusi nümayəndə deyib.

Semnebinin sözlərinə görə, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi Ermənistanın və Azərbaycanın hər hansı dramatik hərəkətlərini dayandırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xüsusi nümayəndənin sözlərinə görə, Kosovo ətrafında gərginliyin aradan qaldırılmasından sonra Abxaziya və Cənubi Osetiyaya dair danışıqlar bərpa edilə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - kamala

Xəbər lenti

Xəbər lenti