...

Azərbaycanın müxalifət partiyasının funksioneri prezidentliyə namizədlikdən imtina edib

Siyasət Materials 14 Fevral 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) funksioneri Qurban Məmmədov prezidentliyə namizədliyindən imtina edib. "Prezidentliyə namizədliyimi partiyanın sədri Sərdar Cəlaloğlunun xeyrinə geri götürmək qərarına gəldim" cümə axşamı Trend ə Məmmədovun özü məlumat verib.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. ADP seçkilərdə iştirak qərarı verib. Fevralın 16-da isə Ali Şuranın iclasında Cəlaloğlunun prezidentliyə namizədliyi rəsmən elan ediləcək. Həmin partiyada bir neçə finksioner namizədliyini irəli sürmək niyyətindədir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə partiyanın sədri, ölkənin indiki prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

Məmmədov deyib ki, bütün müxalifəti partiyanın prezidentliyə namizədi olacaq Cəlaloğlunun ətrafında birləşməyə çağırır. "Son 10-15 ildə müxalifətdə olan namizədlərin qabiliyyəti göz önündə olub. Qəti qənaətim budur ki, bu seçkilərdə Azərbaycan müxalifəti Cəlaloğlunu dəstəkləməlidir" Məmmədov əlavə edib.

ADP ötən ilin əvvəllərində radikal siyasi kursdan imtina edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti