...

Aİ Qara dəniz regionunda layihələrin reallaşdırılması üçün 1,7 mlrd. ayırmağa hazırdır

Siyasət Materials 14 Fevral 2008 18:52 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 fevral/ Trend , müxbir Z.Novosvitski/ Avropa İttifaqı Qara dəniz regionunun inkişafına daha 1 mlrd. avro ayrımağa hazırdır. Bu haqda Aİ-ə üzv ölkələrin və Qara dəniz regionu dövlətlərinin xarici işlər nazirlərinin cümə axşamı Kiyevdə keçirilən görüşündə Avropa Komissiyasının Avropa Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner məlumat verib.

Ferrero-Valdnerin sözlərinə görə, Aİ bu vəsaitdən əlavə, Qara dəniz regionun inkişafı üçün mehriban qonşuluq xüsusi İnvestisiya Fondundan 700 mln. avro ayıracaq.

"Aİ-yə Bolqarıstan və Rumıniya kimi ölkələrin daxil olması ilə, biz Qara dəniz regionuna yaxınlaşmışıq və buna görə, bu görüşdə iştirak və bu regionun inkişafı bizim üçün çox vacibdir", - Ferrero-Valdner bildirib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti