...

Moskvada "Görkəmli insanların həyatı" seriyasından "İlham Əliyev. Tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib

Siyasət Materials 16 Fevral 2008 13:45 (UTC +04:00)
Moskvada "Görkəmli insanların həyatı" seriyasından "İlham Əliyev. Tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib

Rusiya, Moskva, 16 fevral / Trend , müxbir R.Ağayev / Moskvada "Görkəmli insanların həyatı" seriyasından Azərbaycan prezidenti İlham Əliyevə həsr olunmuş "İlham Əliyev. Tərcümeyi-hal davam edir" kitabının təqdimat mərasimi keçirilib.

Prezident İlham Əliyevin həyat və fəaliyyəti haqqında bu fundamental əsər azərbaycanlı və rusiyalı yazıçılar tərəfindən yazılıb və Rusiyanın "Görkəmli insanların həyatı" qədim kitab seriyasında "GİH" - "Tərcümeyi-hal davam edir" yeni nəşr layihəsi çərçivəsində çap olunub.

Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu nəşrin böyük uğur əldə edəcəyini və bütün azərbaycanlıların, xüsusilə də xaricdə yaşayan həmvətənlərimizin stolüstü kitabı olacağına ümid etdiyini bildirib

O həmçinin qeyd edib ki, "GİH" seriyası üzrə "Heydər Əliyev"ə həsr olunmuş öncəki kitab böyük uğur qazanıb və Azərbaycan prezidenti tərəfindən aparılan xarici və daxili siyasətdən, Heydər Əliyevin xüsusi mərdlik və istedad tələb edən dövlət siyasətini formalaşdırmaq bacarığından bəhs edib.

Kitab müəlliflərindən biri olan Viktor Andrianov bildirib ki, "İlham Əliyev" kitabının yaradılması ideyası "Heydər Əliyev" kitabı işıq üzü gördükdən sonra yaranıb. "Həmmüəllifimlə bir-birimizdən sərbəst bu kitabı hazırlamaq qərarına gəldik. Kitablarımızın mağazalarda toz tutmaması bizi sevindirir, bu çox xoşdur. İki il bundan öncə biz "Heydər Əliyev" kitabını nəşr etdik və bu kitab artıq ingilis, türk və digər dillərə tərcümə olunub. İnanıram ki, bizim ikinci kitabımızı da eyni aqibət gözləyir" - deyə yazıçı bildirib.

Kitabın digər müəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdimat mərasiminin təşkil olunmasına görə şəxsən təşəkkürünü bildirərək, Azərbaycan prezidenti İlham Əliyev haqqında tərcümeyi-hal oçerkini V.Andrianovla birgə böyük məmnuniyyətlə hazırladıqlarını, doğru kitab yazmağa çalışdıqlarını vurğulayıb. "Bizə elə gəlir ki, biz buna nail olmuşuq" - deyə o bildirib.

Rusiyanın "Gənc qvardiya" nəşriyyatının baş direktoru Valentin Yurkin bildirib ki, müasirlərimiz, müasir siyasətçilər barədə kitab nəşr etmək sələflərlə müqayisədə o qədər də asan deyil.

"Prezident İlham Əliyev "Tərcümeyi-hal davm edir" layihəsində sözsüz ki, liderdir. GİH-nın bu seriyasında Moskva vilayətinin qubernatoru Boris Qromov, kəşfiyatçı Vladimir Putin haqqında kitablar nəşr olunub, hazırda isə Soljenitsin barəsində kitab nəşrə hazırlanır" - deyə Yurkin vurğulayıb.

Naşir kitab müəlliflərinə yüksək qiymət verib və onların hər ikisinin olduqca istedadlı olduqlarını qeyd edib. Onlar tərəfindən yazılan hər iki kitab mükəmməlliyi, elmiliyi və daxili təmizliyi ilə fərqlənir. "Biz "İlham Əliyev" kitabını hazırlayarkən bu kitabın görkəmli şəxsiyyət haqqında olduğunu və bu kitabın xalqlarımızı yaxınlaşdırmağa imkan verəcəyini bilirdik" - deyən Yurkin Azərbaycanın Rusiyadakı səfirinə "Gənc qvardiya" nəşriyyatının medalını təqdim edərək, Polad Bülbüloğlunun GİH seriyasının potensial qəhramanı olduğunu qeyd edib.

Azərbaycan dövlət başçısının kurs yoldaşı, siyasi icmalçı Aleksandr Qurnov, İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, prezident İlham Əliyevlə görüşən İspaniya qəzetinin xüsusi müxbiri Rafael Mareno Munieko, "Tribuna" qəzetinin redaktor müavini Rafael Hüseynov, MDBMİ-da İlham Əliyevin müəllimi olmuş Natalya Kapitonova Azərbaycan prezidentinin ünvanına səmimi ürək sözlərini ifadə ediblər və kitabın işiq üzü görməsini ictimai həyatada parlaq hadisə kimi dəyərləndiriblər. Bu kitab prezidentin bütün dünyada parlaq siyasi gələcəyi olan siyasətçi kimi tanınan istedadlı dövlət xadimi olduğunu açmağa imkan yaradacaq.

İlham Əliyevin müəllimi Kapitonova onun həmişə dərin zəkası, idrakı, bacarığı ilə fərqləndiyini bildirib. "Biz onun ali məktəbimizin bu qədər yüksəklərə qalxan və prezident olan yeganə məzunu olması ilə fəxr edirik. Mən əminəm ki, əgər o, prezident olmasaydı, görkəmli ingilisdilli alim olacaqdı" - deyə İlham Əliyevin MDBMİ-də müəllimi olmuş Kapitonova bildirib.

Kitabın müəllifləri - yazıçı Hüseynbala Mirələmov və Viktor Andrianov (həmçinin bu seriyadan olan "Heydər Əliyev" kitabının həmmüəllifləri) əsərdə öz qəhrəmanlarının həyat yolunu sənəd dəqiqliyi ilə tədqiq edərək, ilk növbədə nəşr olunan arxiv sənədlərinə və dəlillərə əsaslanıblar. Kitab qəhrəmanının tərcümeyi-halı Sovet və keçmiş Sovet məkanının geniş tarixi fonunda açıqlanır. Kitabda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri ardıcıl olaraq göstərilir.

Təqdimat mərasimində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, "Krokus-İnterneyşnl"ın baş direktoru Emin Ağalarov, tanınmış rəssamlar Tahir Salahov, Nikas Safronov, RF-nin XİN nümayəndələri, Moskvaya akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Rusiya ictimaiyyəti və Azərbaycan diasporu nümayəndələri iştirak ediblər. Qonaqlara Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən rəhbəri Leyla Əliyevanın şef-redaktorluğu altında nəşr olunan kitablar və "Bakı" jurnalı paylanıb.

Xəbər lenti

Xəbər lenti