...

Azərbaycanın müxalifət partiyası seçkilərdə namizədi ilə iştirak qərarını dəyişə bilər

Siyasət Materials 19 Fevral 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, rəhbərlik etdiyi partiyanın Müsavat Partiyası ilə seçkilərə vahid namizədlə getməsi proseslərin gedişindən asılı olacaq. "ADP ilk dəfədir ki, prezident seçkilərində namizədi ilə iştirak etmək qərarını verib. Bununla belə situasiyadan asılı olaraq qərara yenidən baxılmasına ehtiyac yaranarsa, bunu edə bilərik. Hələ ki belə bir situasiya yoxdur" çərşənbə axşamı Trend ə Cəlaloğlu bildirib.

ADP Ali Məclisinin fevralın 16-da keçirilən toplantısında Cəlaloğlunun namizədliyinin irəli sürülməsinə dair qərar qəbul edilib. Qərardan iki gün sonra partiya funksioneri, Cəlaloğlunun qardaşı Qurban Məmmədov Trend ə bildirib ki, ADP Müsavatla vahid namizəd məsələsində müzakirələrə başlaya bilər.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend ə təmsil etdiyi partiyanın vahid namizəd məsələsində ADP ilə müzakirələrə hazır olduğunu deyib. Müsavatçılar seçkilərdə partiyanın sədri İsa Qəmbərin namizədliyini irəli sürüb.

2003-cü il prezident seçkilərində ADP Müsavatın namizədi Qəmbəri dəstəkləyib.

Cəlaloğlu deyib ki, Müsavat və ADP seçkilərdə öz namizədi ilə iştirak edəcəyini bəyanlayıb. Ancaq hər iki partiya milli mənafe tələb etdiyi vaxt fərdi və qrup maraqlarından imtina etməyi bacarmalıdır. Onun sözlərinə görə, bu maraqlar siyasi konyukturaya yol açmamalıdır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti