...

Qərb Rusiyaya görə Ermənistanda "narıncı inqilab" təşkil etmək niyyətində deyil – Amerikalı analitik

Siyasət Materials 27 Fevral 2008 16:27 (UTC +04:00)
Qərb Rusiyaya görə Ermənistanda "narıncı inqilab" təşkil etmək niyyətində deyil – Amerikalı analitik

Rusiya, Moskva, 27 fevral / Trend , müxbir R.Ağayev / Qərb ölkələri prezident seçkisinin baş tutduğu Ermənistanda "narıncı inqilab" təşkil etmək məqsədində deyillər. "Qərb Ermənistanda "narıncı" inqilaba şərait yaratmaq niyyətində deyil. Hər halda, ABŞ-ın bunu etmədiyi dəqiqdir", - Amerikalı ekspert Nikolay Zlobin hesab edir.

Əsas müxalifət namizədi, eks-prezident Levon Ter-Petrosyan, fevralın 19-da prezident seçkisində səslərin 53 faizini toplayan Ermənistanın baş naziri Serj Sarkisyanı səsvermənin yekununu saxtalaşdırmasında günahlandırır. Etiraz əlaməti olaraq, Yerevanda müddətisiz etiraz, aclıq aksiyası keçirilir. Çərşənbə axşamı Ter-Petrosyanın tərəfdarları telemərkəz binasını zəbt etməyə cəhd göstəriblər. Ermənistan XİN və Baş prokurorluğunun yüksək vəzifəli nümayəndələri müxalifət namizədlərini dəstəklədiklərinə görə saxlanılıblar.

Vaşinqtonda, Rusiyayönlü mövqe tutan Ermənistanın gələcəyi haqqında başqa danışıqlar və müzakirələr aparılıb və buna görə ABŞ Rusiya ilə əlaqələrin kəskinləşməsini arzulamır, - Ağ Evin bu mərhələdə siyasətini dəstəkləyərək Zlobin hesab edir. Onun sözlərinə görə, Vaşinqtonda Ermənistanda olan prezident seçkisinin dürüstlüyü və şəffaflığına dair böyük şübhələr var, lakin ABŞ bununla bağlı heç bir hərəkət etməyəcək. "Ola bilsin ki, hər hansı nümayişkaranə addım ata bilər, ancaq böyük hesabla, hazırda Ermənistan ən azından Qafqazda Vaşinqtonun prioriteti deyil", - çərşənbə günü Vaşinqtondakı Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya Proqramları üzrə direktoru Zlobin Trend ə müsahibəsində deyib.

Politoloqun fikrincə, Ermənistan müxalifətinin həyəcanı sakitləşəcək. "Lakin bu həyəcanişini görüb- Ermənistan hakimiyyəti bundan belə güclü müxalifətin olmasını qeydə almalı olacaq. Hakimiyyət Ermənistanı idarə edilməsində narazı olanlara diqqət yətirməli olacaq, onlar olduqca çoxdur", - Zlobin deyib.

Analitikin fikrincə, Ermənistan keçid dövründədir və cəmiyyət öz içində onlar üçün ən əsası nə olduğunu razılaşdırmayıb, o hələ öz maraqlarını və prioritetini sıralamayıb. Bununla yanaşı, Amerikalı politoloq Ermənistanda hazırki prosesi müsbət dəyərləndirir.

"Daxildə bu qızğınlıq normal milli elitanın və milli müzakirələrin yaranmasına kömək edir. Bu da həmin proseslərin nəticəsidir, ölkədə maraqların dəyişməsinə kömək edir. Ermənistanda canlı siyasət yaranıb və bu müsbət haldır, çünki bununla təbii seçim gedir", - Zlobin deyib.

Ermənistanda seçkiqabağı kampaniya zamanı "Qarabağ xəritəsindən" fəal istifadə edilməsinə toxunan politoloq deyib ki, hər zaman belə mübahisəli məsələlər daxili siyasi mübarizə obyektinə çevrilir. "Bu, pis haldır, çünki bu spekulyasiyada siyasi karyera qurmaq olar. Bu hər iki tərəf üçün pisdir; ab-havanı korlayır. Qarabağ problemi çox çətindir və onunla olduqca diqqətlə və incə davranmağı tələb edir, ondan daxili siyasi məqsədlərdə istifadə etmək isə, siyasi səhvdir, doğru deyil", - Zlobin deyib. Analitikin fikrincə, oxşar addımlar rəqibi sərtləşdirə, cavab hərəkətini provokasiya edə bilər.

MSK-nın yekun məlumatına əsasən, seçicilərin 52,82 faiz səsini toplayan, fəaliyyətdə olan baş nazir Serj Sarkisyan Ermənistanın prezidenti seçilib. İkinci yerdə 21,5 faiz səslə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan gedir.

Fevralın 20-dən Yerevanda müxalifətin təşkil etdiyi mitinqlər, yürüşlər, həmçinin, oturaq və tələbə tətilləri keçirilir. Müxalifət aksiyalarının təşkilatçı və iştirakçıları MSK-nın elan etdiyi, fevralın 19-da baş tutan prezident seçkisinin nəticəsi ilə razı deyillər.

Son illər ərzində "narıncı inqilab" postsovet məkanında Ukrayna və Gürcüstanda keçirilib.

Xəbər lenti

Xəbər lenti