...

NATO Parlament Assambleyası prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 28 Fevral 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral/ Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının (NATO PA) 68-ci "Ross-Root" seminarında iştirak etmək üçün martın 4-8-də Azərbaycanda səfərdə olacaq qurumun prezidenti Joze Lelonun səfər proqramı açıqlanıb. "Joze Lelo Milli Məclisin sədri Oqt ay Əsədov, birinci vitse-spiker və Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri və parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşəcək" - deyə cümə axşamı keçirdiyi brifinqdə Milli Məclisin mətbuat katibi Akif Nəsirov bildirib.

Görüşlərdə Azərbaycanla NATO PA arasında əməkdaşlığın genişləndirilməsi və seminara hazırlıq məsələləri müzakirə olunacaq.

Nəsirov qeyd edib ki, NATO PA-nın seminarında Xəzər bölgəsində, Mərkəzi Asiyada təhlukəsizlik məsələləri, hərbi-siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qərblə Mərkizi Asiya ölkələri arasında münasibətlər, demokratiyanın inkişafı və insan hüquqları məsələləri müzakirə olunacaq. Seminarda bir sıra beynəlxalq təşkilatların və NATO ilə əməkdaşlıq edən 25-dən artıq ölkənin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti