...

Ermənilərin 1918-ci ildə törətdiyi hadisələrin soyqırım kimi qəbul olunması üçün BMT qarşısında məsələ qaldırılmalıdır - Baş prokuror

Siyasət Materials 31 Mart 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/ Ermənilərin 1918-ci ildə törətdiyi hadisələrin soyqırım kimi qəbul olunması üçün BMT qarşısında məsələ qaldırılmalıdır.

ANS TV-nin bazar ertəsi yaydığı məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

"Təəssüflər olsun ki, soyqırım məsələsinə bu illər ərzində siyasi qiymət verilməyib, bu məsələlər beynəlxalq təşkilatlarda müzakirə edilməyib. Bu, bir daha göstərir ki, dünyada ikili standartlar mövcuddur"-deyə baş prokuror vurğulayıb.

Qaralov qeyd edib ki, 31 mart hadisələrinin soyqırım kimi qəbul edilməsi üçün təkcə beynəlxalq təşkilatlar yox, bütün ictimai təşkilatlar da mövqeyini bildirməlidir. Ermənilərin azərbaycanlılara qarşı təcavüzkarlığı barədə bütün dövlətlərə məlumatlar verilməlidir.

31 mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur.  Kütləvi qırğınlar və represiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti