...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 2 May 2008 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ Trend / Mayın 6 - da saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10502220S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.

DQİ-nin ümumi həcmi - 10 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 364 gün, ödəmə tarixi - 5 may 2009-cu ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti