...

Seçki komissiyalarının paritet əsasda formalaşdırılması dövlətin gələcəyi üçün ciddi təhlükə yarada bilər-Parlament Aparatının rəhbəri

Siyasət Materials 14 May 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti hesab edir ki, seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılması dövlətin gələcəyi üçün ciddi təhlükə yarada bilər. "Seçki komissiyaları paritet əsasda formalaşdırılarsa, dövlətin seçkiləri keçirməsi ciddi şübhə altına düşəcək", - deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Parlamenti Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Seçki Məcəlləsinə əsasən, seçki komissiyaları parlamentdə deputatları çoxluq təşkil edən partiya (hakimiyyət), azlıqda qalan partiyalar və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşdırılır. Müxalifət və beynəlxalq təşkilatlar hakim partiyanın nümayənlərinin üstünlük təşkil etdiyi seçki komissiyalarının formalaşdırılması qaydalarının dəyişdirilməsini tələb edirlər. Müxalifət və beynəlxalq təşkilatlar komissiyaların paritet əsasda formalaşdırılmasını zəruri sayırlar.

"Seçkilərin vaxtında və qanunda nəzərdə tutulduğu kimi keçirilməsi dövlət üçün vacibdir. Bu, yalnız siyasi qüvvələrin maraqları ilə bağlı olan məsələ deyil. Hansı dövlət seçkiləri keçirə bilmirsə, bu çox pis haldır. Seçki komissiyalarının paritet əsasda formalaşdırılması da buna xidmət edir",- deyə Mirzəyev əlavə edib.

Mirzəyev xatırladıb ki, Azərbaycan 2000-ci ildə seçki komissiyalarının paritet əsasda formalaşdırılmasına razılıq verib. Həmin il keçirilən parlament seçkilərindən sonra, müxalifət nümayəndələri protokola imza atmadığana görə, nəticələri açıqlamaq mümkün olmurdu və dövlət çıxılmaz vəziyyətdə qalmışdı: "Yenidən eyni vəziyyət yarana bilər".

Onun sözlərinə görə, komissiyaların paritet əsasda formalaşdırılmasının mexanizmi yoxdur.

Parlament rəsmisi qeyd edib ki, komissiyaların indiki formatı da normal deyil: "Çünki komissiyada təmsil olunan hakim partiya nümayəndələri iqtidarı, müxalifətin təmsilçiləri müxalifəti müdafiə edir. Bitərəflərin mövqeyinin necə olacağı isə,məlum deyil. Ona görə də, gələcəkdə seçki komissiyaları peşəkarlardan ibərət olmalıdır və seçki adminsrtasiyası yaradılmalıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti