...

Türkiyə parlamentinin spikeri Azərbaycana rəsmi səfər edəcək – səfir

Siyasət Materials 22 May 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may/ Trend , müxbir S.Ağayeva/ Türkiyə parlamentinin yeni rəhbəri Azərbaycana rəsmi səfər edəcək.

Türkiyə parlamentinin sədri Göksal Toptan iyunun 17-də Azərbaycana ilk rəsmi səfərə gələcək. Bu barədə Trend -a cümə axşamı, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Bakıya səfər zamanı həm qanunvericilik sahəsində, həm də siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin inkişafı üzrə danışıqlar keçiriləcək.

Səfərin sonunda - iyunun 19-da Türkiyə parlamentinin sədri Azərbaycan parlamentinin 90 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti