...

Ankara Qarabağ üzrə danışıqlarda Bakını həmişə dəstəkləyəcək – Türkiyənin Baş naziri

Siyasət Materials 4 İyun 2008 17:37 (UTC +04:00)
Ankara Qarabağ üzrə danışıqlarda Bakını həmişə dəstəkləyəcək – Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir M.Quliyev/ Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində, Bakının ədalətli mövqeyini həmişə dəstəkləyəcək. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Naxçıvanda, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunları ilə bağlı bildirib.

Türkiyəli Baş nazir bir günlük işgüzar səfərlə Naxçıvan Muxtar Respublikasındadır (NMR). O, günün birinci yarısında Azərbaycan prezidenti ilə təkbətək danışıqlar aparıb. Bundan əlavə, Əliyev və Ərdoğan NMR Ali Məclisinin binasında iki ölkə hökumət nümayəndə heyətlərinin danışıqlarına başçılıq ediblər.

İlham Əliyev danışıqların yekunları üzrə brifinqdə Ermənistanla sülh danışıqlarında Azərbaycanın mövqeyinin daimi dəstəklənməsinə görə, Türkiyə tərəfinə minnətdarlığını bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti