...

Azərbaycanın xarici işlər naziri Iranın xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 4 İyun 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Iranın xarici işlər nazirinin müavini Əlirza Əttarı qəbul edib.Bu barədə Trend a xarici siyasət idarəsinin mətbuat xidməti məlumat verib.

Tərəflər iki ölkə arasında bütün sahələdə münasibətlərin daha da inkişaf etdirilməsi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolu layihəsi, energetika, neft və neft-kimya sahələri üzrə əməkdaşlıq, iqtisadi-humanitar-ticarət sahələri üzrə Azərbaycan-İran müştərək komissiyasının növbəti iclasının keçirilməsi, Xəzər dənizinin hüquqi statusu üzrə müzakirələrin davam etdirilməsi və s. məsələlərə toxunublar. Görüşdə bir sıra regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti