...

Özəl şirkətlər Azərbaycanın müxalifət partityasına bina təklif edib

Siyasət Materials 6 İyun 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbədənkənar qurultayının keçiriləcəyi tarixlə bağlı qeyri-müəyyənliyin partiyadaxili məsələlərlə əlaqəsi yoxdur. "Yalnız yerlə bağlı problem qurultayın vaxtını müəyyən etməyə imkan vermir, amma o dəqiqdir ki, qurultay seçkiyə qədər baş tutacaq", - deyə cümə günü Trend -a AMİP sədrinin müavini Əli Orucov bildirib.

Trend -un arayışı: 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan AMİP-in qurucusu olan Etibar Məmmədov 2004-ci iln sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya izvlərinin bir qismi AMİP-dən gediblər.

Daha sonra AMİP-in keçmiş sədri Ayaz Ristəmov ötən ilin sonunda vəzifəsindən istefa verib. Hazırda AMİP-ə yeni sədr seçmək üçün partiyanın fövqəladə qurultayı keçiriləcək. Sədrliyə üç nəfər iddia edir - partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov, Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmli və AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov.

Orucov bildirib ki, özəl şirkətlərin balansında olan yerlərdə partiyanın qurultayının keçirilməsi üçün danışıqlar davam edir. Prinsipcə indi partiyaya yer ayrılmasına razılıq verilir. Lakin həmin yerlər bahadır. "Seçki ərəfəsində israfçılığa yol vermək istəmirik", - deyə o bildirib. Orucov qurultaya 450-dən artıq nümayəndənin seçildiyini vurğulayıb. "Namizədlərin sayı çox olduğundan qurultayın keçiriləcəyi yer də geniş olmalıdır. Bu səbəbdən də qurultayı qərargahları olan müxalifət partiyalarının iclas zallarında keçirmək variantı üzərində düşünmürük", - deyə o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti