...

Azərbaycan prezidenti İslam İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 İyun 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Direktorlar Şurasının növbəti iclasının Bakıda keçirilməsinin beynəlxalq iqtisadi qurumlar tərəfindən Azərbaycana göstərilən böyük marağın təzahürü kimi qiymətləndirildiyi bildirilib.

Görüşdə, həmçinin ölkəmizdə özəl sektorda həyata keçirilən geniş miqyaslı işlərdən danışılıb və Azərbaycanın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığının özəl sektorun daha da inkişaf etdirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti