...

Azərbaycanın iqtidaryönlü partiyasına yeni sədr seçilib

Siyasət Materials 17 İyun 2008 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyasının bu gün keçirilən V qurultayında Fəzail Ağamalı növbəti dəfə partiyanın sədri seçilib.

Trend -un arayışı: AVP 1990-cı ildə Ağamalı tərəfindən yaradılıb. Partiya hakimiyyətin siyasətini müdafiə edir. Partiyanın keçirilən dörd qurultayında Ağamalı AVP sədri seçilib.

Qurultayda həmçinin üç müavin postuna təyinatlar olub. Partiya sədrinin oğlu Elçin Ağamalı AVP sədrinin beynəlxalq məsələlər üzrə müavini, Elşad Hacıyev mətbuat və informasiya məsələləri üzrə müavin, Yaqut Əliyeva isə humanitar məsələlər üzrə müavin seçiliblər. Bundan başqa, qurultayda 5 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyası formalaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti