Azərbaycan, Bakı, 20 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü ABŞ Dövlət katibinin Təhsil və mədəniyyət məsələləri üzrə müavini Qoli Amerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ameri ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayıb. O, ölkəmizdə olduğu müddətdə təhsil sahəsində məhsuldar görüşlər keçirdiyini bildirib.
Prezident İlham Əliyev təhsilin ölkəmizdə prioritet sahələrdən biri olduğunu vurğulayıb və bu sahədə Azərbaycanda böyük işlərin görüldüyünü qeyd edib.