...

Neftin yüksək qiymətləri: Müdriklik və ehtiyatlılıq tələb olunur - Heritage Foundation-ın aparıcı eksperti

Siyasət Materials 1 İyul 2008 09:55 (UTC +04:00)
Neftin yüksək qiymətləri: Müdriklik və ehtiyatlılıq tələb olunur - Heritage Foundation-ın aparıcı eksperti

Rusiya, Avrasiya və Beynəlxalq Enerji Təhlükəsizliyi üzrə Heritage Foundation-ın aparıcı eksperti Ariyel Koeyn, xüsusi olaraq Trend üçün

Yanacağın 1 litrinin qiyməti $1-ı ötdükcə prezident Corc Buş və prezidentliyə namizəd senator Con Makkeyn ABŞ daxilində quyuların qazılmasının həcminin artırılmasına çağırırlar. Amerikada benzinə tələbat azalır, lakin neftin yüksək qiymətləri bir müddət əvvəl baş verən iqtisadi düşməyə səbəb olub.

Başqa sözlə, Amerikanın çiçəklənməsi karta qoyulub və prezident Corc Buş, senator Corc Makkeyn bunu anlayırlar. Digər tərəfdən, Barak Obama və demokratlar Birləşmiş Ştatlarda quyuların qazılmasını genişləndirməyin tərəfdarı deyillər. Onlar bildiriblər ki, ABŞ dünyada neftə tələbat probleminin həllini "qazıb çıxara bilməz" və ABŞ -da qazma işlərinin genişləndirilməsinə qarşı çıxırlar.

Respublikaçılar və ABŞ-ın neft sənayesi əvvəlki kimi Alyaskada, ölkənin qərbində və qitə şelfi boyunca daha çox neft hasil etmək istəyirlər - hətta 2007-ci ildə ABŞ-da neftə tələbat 1 mln. barel azaldığı halda belə.

Lakin neftin qiymətləri ABŞ və Avropada tələbata yaxud Çin və Hindistan kimi inkişaf edən ölkələrdə tələbatın kəskin şəkildə artmasına görə yüksək deyil.

Neftin qiymətinin yüksək olması ilə yaranan yeni çiçəklənmə benzinin qiymətinin artmasına, daha ümumi planda isə, tikinti və emal sənayesi kəskin şəkildə artdıqca, Azərbaycan , İran, Rusiya və digərləri də daxil olmaqla, neft hasil edən ölkələrdə enerjinin istehlakına gətirir.

Şəxsi avtomobilində azad hərəkət etməyin firavanlıq olsa da, qaza artan tələbat bir çox problemlərin yaranmasına gətirə bilər: tıxaclar, çirklənmə, inflyasiya, xəsarət və ölümə səbəb olan yol-nəqliyyat hadisələri.

Zənginliyin artması, tikinti layihələrinin genişlənməsi və əhali artımı nəticəsində Xəzər regionu, Fars körfəzi, Rusiya, hətta Afrikada neft yanğısı artır. Enerji ixrac edən dövlətlər üçün xarakterik olan dövlət yanacaq subsidiyaları benzinə təlabatı artırır. Təəccüblü deyil ki, neftin qiymətləri dayanmadan artır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) baş iqtisadçısı Fatih Birolun sözlərinə görə, Fars körfəzində artan tələbat, Hindistan və Çindən sonra, ikinci yerdə dayanır və gələcəkdə də artacaq.

Lehman Brothers-in baş iqtisadçısı Edvard Mors bəyan edib ki, ötən ilin yayında enerji istehsal edən ölkələrdə artan tələbat üzündən, sutkada ən azı 1 mln. barel dünya bazarlarına çatmayıb və bu yay da analoji hadisə təkrarlanacaq.

Tələbatın artması və işlənilmiş yataqlardan az neft istehsal etməsi ilə bir sıra iri neft ixrac edən ölkələr netto-ixracatçıdan netto-idxalçıya çevrilirlər. İki nümunə - İndoneziya və Böyük Britaniya. İndoneziya bir müddət əvvəl, faktiki olaraq, OPEK-dən çıxdığını elan edib. Belə görünür ki, Əlcəzair, Malayziya, Meksika və İran da bu yolla gedəcək. Hyustonun (Texas ştatı, ABŞ) Rays Universitetinin neft eksperti Emmi Mayerin sözlərinə görə, bu ssenari hətta Səudiyyə Ərəbistanının planlaşdırılan neft hasilatı potensialını artırmasını səhnədən çıxara bilər.

NEftin 1 barelinin qiyməti $135-ı, benzinin qiymətinin 1 qallonu $4-ı ötdükcə, aydındır ki, dünya enerji bazarının yolunda əhəmiyyətli dəyişikliklər olacaq və bu, dünya iqtisadiyyatı və enerji təhlükəsizliyi üçün çox sayda problemdən xəbər verir. Tələbat və təklif amillərinin güclü amplitudu neftin yüksək qiymətlərini idarə edir.

Goldman Sachs-ın proqnozlarına görə, qiymətlər ilin sonunadək 1 barelə görə $200 - dək artacaq - eyni göstəricini 2001-ci ildə Üsamə bin Laden qeyd edib. Əhəmiyyətli dəyişikliklərin olmaması, yüksək qiymətlər hələ də mövcuddur və düzəlişlərə baxmayaraq, qiymət artımı uzunmüddətli perspektivdə davam edə bilər.

Bu vəziyyətə cavab verən tələb -təklif balansı sürətlə dəyişir. Neftə tələbatı daha Birləşmiş Ştatlar və Qrəbi Avropa kimi ölkələrin inkişaf etmiş iqtisadiyyatları idarə etmir. Çin, Hindistan və digər inkişafda olan ölkələr, enerji istehsalçıları dünya enerji bazarını özlərinin təkmil ölçüləri və artım templərinin köməyi ilə dəyişirlər.

Paris BEA-nın World Energy Outlook: China and India Insights-in analizinə əsasən, hazırki dövr və 2030-cu il arasında Çin və Hindistanda neftə tələbat yeni dünya tələbatının 70 faizini təşkil edəcək; onların birgə idxalı, 2006-cı ildə sutkada 5,6 mln. bareldən 2030-cu ildə Yaponiya və ABŞ-ın hazırki birgə idxalına çataraq, sutkada 20 mln. barelədək kəskin şəkildə artacaq.

Çin və Hindistanın enerji tələbatı bu dövlətlərin inkişafda olan ölkədən inkişaf etmiş ölkəyə keçidi ilə artmaqda davam edəcək. Gəlirlərin artması, mənzil və tikinti sektorunda yüksək artım, enerji cihazlarından geniş istifadə tələbatı nəzərəçarpacaq dərəcədə artıracaq. Çin ağır sənayedə presedentsiz tikinti bumunun mərkəzindədir və bu, böyük miqdarda neft tələb edir. İri infrastruktur və tikinti layihələri ötən əsrdə Birləşmiş Ştatlarda, İkinci Dünya müharibəsindən sonra isə, Almaniya və Yaponiyada olduğu kimi, Çin və Hindistanda da neftə yüksək tələbat yaradır.

Yol-nəqliyyat vasitələri baxımından, Çin 2015-ci ilə dünyada ən böyük avtomobil bazarı kimi, ABŞ -ı ötəcək. Lakin artan tələbat Şərqi və Cənubi Asiyada təcrid edilməyib. Potensial dünya hasilatının azalması və gələcək enerji tədarüklərinin pozulması üçün geosiyasi potensialın artması ilə, bu antirəqabətli siyasətə qarşı durmaq vaxtı gəlib.

İnvestisiyaların artması, qalan karbohidrogen ehtiyatlarına çıxışın açılması və nəqliyyat yanacağı səbətinin diversifikasiyası üçün beynəlxalq neft şirkətləri və istehlakçı ölkələr OPEK-ə təzyiqi artırmalı, OPEK-ə daxil olamayan ölkələr mövcud yataqları bərabərləşdirməli və beynəlxalq neft şirkətləri üçün mövcud neft yataqlarının işlənilməsinə çıxış açmalıdırlar.

Enerji ehtiyatlarının sonrakı inkişafına kömək məqsədilə, rəqabətqabiliyyətli bazarın qanun və prinsiplərinə əməl olunmalıdır. Bura ABŞ qanunu üzrə qanunsuz olan OPEK tipli cəza tədbirlərinin dayandırılması daxildir. İstehlakçı ölkələr enerji sektoruna sərmayə yatırımlarını özlərinin enerji ehtiyatları istehsal edən ölkələrlə ikitərəfli proqramlarının bir hissəsi etməlidirlər.

İstehlakçı ölkələrin hökumətləri unutmamalıdırlar ki, milli neft korporasiyaları neft idxalı, informasiya texnologiyaları, bank işi və maliyyə, ərzaq və eynilə istehlakçıların yanacaq istehsal edən ölkələrdən asılı olduqları kimi, digər xarici tədarükçülərin nə dərəcədə uyğun hərəkət etmələrindən asılıdır. İstehlakçı ölkələr enerji ehtiyatlarına bərabər çıxış əsasında bu həyati əhəmiyyəti xidmətlərin tədarükünü həyata keçirə bilərlər.

İstehlakçı ölkələr dünyada enerjiyə qənaət texnologiyaları və qeyri-ənənəvi yanacaq mənbələrinin inkişafını da stimullaşdırmalıdırlar. Yaponiya və ABŞ sənaye və mənzil üzrə enerjiyə qənaətdə liderdirlər. Sürətlə inkişaf edən ölkələr isə (Çin, Hindistan, Yaxın Şərq və başqaları), enerji baxımdan qeyri-səmərəlidirlər.

Amerika, yapon vəbir sıra Qərb şirkətləri enerjiyə qənaət üzrə yaxşı bazar texnologiyalarının yaradılmasında irəli gedirlər. Hökumət öz ixracının stimullaşdırılması üzrə fəaliyyəti ilə enerjiyə qənaətə üstünlük verə bilər. Texnologiyalar neftli qumlar (Kanada, Venesuela, Konqo və s.), neft şəbəkələri kimi qeyri- ənənəvi mənbələrdən neft hasilatında və ekoloji baxımdan təhlükəsiz olan bütün mümkün üsullardan istifadə etməklə, dərin sularda qazmaya açardır.

Nəhayət, bütün dünyada avtomobil sənayesinin bazar qüvvələri dəyişdikcə, şəxsi və ictimai nəqliyyatdan elektrik, qarışıq və dəyişdirilə bilən qarışıq avtomobillərə mümkün keçidin hazırlanmasına ehtiyac yaranır.

Neft hasil edən ölkələr qiymətlərin azaldılması üçün tədbir görməzlərsə, çox ehtimal ki, yaxın bir neçə on ildə bir sıra bazar həlləri daxiliyanma mühərrikli avtomobilləri sıxışdıracaq.

Bu gün ABŞ -ın avtomobil sənayesi nəqliyyat texnologiyaları bazarında lider olmaq üçün sürəti artırmalıdır. Belə olmasa, Detroyt yapon və digər şirkətlər tərəfindən rəqabətdən zərər çəkəcək və xeyli iş yeri və sənaye bazasını itirəcək.

Məşhur avstriyalı iqtisadçı Cozef Şumpeter bunu "qurucu dağıtma" adlandırıb. Neftlə bağlı vəziyyətdə yanacaq nəqlinin yüksək qiymət artımı son nəticədə, yüksək qiymətlər təyin edən və inhisar hakimiyyətin müəyyən dərəcəsindən zövq alan istehsalçı ölkəni dağıda bilər.

Neftin yüksək qiymətləri yanacağın nəqli üzrə daha ucuz mənbələrin və təbii neftə alternativ təklif edə biləcək və onun qiymətini azaldacaq mühərrik konstruksiyalarının işlənilməsi məqsədilə elmi, elmi tədqiqatları və inkişafı idarə edir.

Azərbaycan rəhbərliyi , digər neft hasil edən dövlətlərin rəhbərlikləri kimi, dərk edir ki, neft-qaz və digər neft-kimya sənayesi ölkənin gəlirlərinin yeganə mənbəyi ola bilməz. İqtisadi diversifikasiya məcburidir. Yüksək texnologiyalar, biotexnologiyalar, informasiya texnologiyaları, səhiyyə, turizm və yüksək əlavə gəlirli digər sektorlar iqtisadiyyatı bərabər səviyyədə saxlamaq üçün, inkişaf etmiş olmalıdırlar.

Neft rifah və xoşbəxtlik ola bilər, lakin ölkəyə, insanlara və ümumilikdə dünya iqtisadiyyatına faydası naminə, bu rifahın müdriklik, ehtiyatlılıq, bilik və həssaslığa ehtiyacı var.

Müəllifin rəyi Trend İnformasiya Agentliyi redaksiyasının rəyini ifadə etmir.

Xəbər lenti

Xəbər lenti