...

Avropa Şurası Azərbaycanda prezident seçkilərində iştirak edəcək müşahidəçilərinin siyahısı hazırlayıb

Siyasət Materials 1 İyul 2008 21:37 (UTC +04:00)

Fransa, Strasburq, 01 iyul / Trend müxbir A.Mzhzrrzmli/ Cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyanın ilkin və müvəqqəti siyahısının tərkibi artıq məlumdur. Bu barədə Trend a AŞPA-nın mətbuat xidmətindən məlumat verilib. Müşahidə missiyasının ilkin tərkibi AŞPA Bürosunun 27 iyun 2008-ci il tarixində keçirilmiş iclasında təsdiqlənib. Müşahidə missiyasına AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının üzvü Andreas Herkel rəhbərlik edəcək. AŞPA-nın Avropa Xalq Partiyas, Sosialist qrupu, Avropa Demokratlar qrupu, Avropa Naminə demokrat və liberallar İttifaqı və Birləşmiş Avropa Solçular qrupunun İspaniya, Lixtenşteyn, Latviya, Estoniya, Almaniya, Hollandiya, Türkiyə, Rumıniya, Litva, Polşa, Macarıstan, Norveç, Çexiya, İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Ukrayna, Rusiyam İslandiya və Belçika təmsilçilərindən ibarət 38 nəfər sözügedən missiyanın tərkibinə daxildir. Məlumatda habelə bildirilir ki, Andreas Herkel, Sosialist qrupundan olan estoniyalı deputat İndrek Saar, Avropa Demokratlar qrupunun üzvü, Türkiyədən olan deputat Mevlüt Çavuşoğlu, Avropa Naminz demokrat və liberallar İttifaqının üzvü, belçikalı deputat Paul Wille, Birləşmiş Avropa Solçular qrupunun üzvü, Almaniyadan olan deputat Hakki Keskin-in daxil olduğu seçkiöncəsi müşahidə missiyası 16-18 sentyabr 2008-ci il tarixlzrində Azərbaycana səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti