...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 11 İyul 2008 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend News ", müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 10 -da saat 16.30 - dan 16.40-dək və saat 22.30 - dan 22.40-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 22.20-dən 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bütün hallarda düşmən cavab atəşi ilə sudurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti