...

İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" qanununda dəyişikliklərin edilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 12 İyul 2008 00:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də їMəhkəmələr və hakimlər haqqındaї Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəї Azərbaycan Respublikasının 2008-ci il 4 iyul tarixli 665-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının їMəhkəmələr və hakimlər haqqındaї Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədəї Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

öz səlahiyyətləri daxilində їMəhkəmələr və hakimlər haqqındaї Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəї Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti