...

Azərbaycan Ermənistanın AASQM-in kvotasını aşması haqqında faktlara malikdir - XİN

Siyasət Materials 16 İyul 2008 14:50 (UTC +04:00)
Azərbaycan Ermənistanın AASQM-in kvotasını aşması haqqında faktlara malikdir - XİN

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir R.Novruzov/ Azərbaycan  Ermənistanın Avropada Adi Silahlar üzrə Müqavilənin  (AASQM)  müəyyən etdiyi məhdudiyyətləri aşması haqqında faktlara malikdir.

"Ermənistan adi silahların göstərilən həddini 70 vahiddən çox aşıb və bizdə Ermənistanın işğal  etdiyi Azərbaycan ərazilərində 300-dən artıq zirehli maşının yerləşdirməsi barədə məlumat var", - çərşənbə günü   Trend -a Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib.

Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İki cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları nəticəsində başlayıb.

" AASQM-ə əsasən, Ermənistan öz ərazisində 220 zirehli maşın və 220-dən artıq tank saxlaya bilməz", - İbrahim bildirib.

SSRİ dağıldıqdan sonra Azərbaycan, Ermənistan və Gürcüstan 17 il bundan əvvəl imzalanmış Avropada Adi Silahlar üzrə Müqaviləyə (AASQM) uyğun eyni kvotaya - 220 tank, 220 zirehli  döyüş maşını, 285 artsistem, 100 təyyarə və 50 vertolyot saxlamaq hüququna malik olublar.

İbrahimin sözlərinə görə, Azərbaycan kvotaya ciddi riayət edir. "Bəzi uyğunsuzluğun olması yalnız Azərbaycanın öz silahlarını modernləşdirməsi və köhnəni ləğv etməsi ilə bağlıdır", - XİN-in rəsmi nümayəndəsi bildirib.

Adi çəkilən hər üç ölkə KİV-nin bu il yaydığı  məlumatlara görə, Azərbaycan 261 tanka malikdir. Bu  məlumatların əksəriyyətində mənbə kimi Müdafiə Nazirliyi göstərilir.

Xəbər lenti

Xəbər lenti