...

Azərbaycanda tolerantlıq muzeyi yaradıla bilər

Siyasət Materials 23 İyul 2008 15:54 (UTC +04:00)
Azərbaycanda tolerantlıq muzeyi yaradıla bilər

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir E.Babayev / Azərbaycanda tolerantlıq muzeyi yaradıla bilər. "Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı və gələcək nəsillərə transfer edəcəyi bir sərvətdir. Azərbaycanda tolerantlıq muzeyinin yaradılmasına ehtiyac var" - çərşənbə günü Milli Məclisin İnsan hüquqları daimi komissiyasınını sədri Rəbiyyət Aslanova Bakıda səfərdə olan Los-Anceles tolerantlıq muzeyinin rəhbəri Abraham Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Aslanova vurğulayıb ki, Azərbaycanda ayrı-ayrı dini konfessiyalar çox xoş münasibət görürlər. "Məsələn, yəxudi xalqı 2000 il bundan əvvəl Azərbaycanı özlərinə vətən seçiblər. Burada yaşayan yəhudilər, Azərbaycan vətəndaşları olaraq, çox xoş münasibət görürlər. Azərbaycanda digər dini konfessiyalara da münasibət eynidir" - deyən Aslanova vurğulayıb ki, Azərbaycanda 450 dini konfessiya fəaliyyət göstərir.

Kuper isə bildirib ki, Azərbaycan tolerantlıq baxımından bütün dünya ölkələrinə nümunə olmalıdır.

Xəbər lenti

Xəbər lenti