...

Rusiya tərəfi Tbilisi hava limanına zərbə endirməyib – Baş qərargah

Siyasət Materials 11 Avqust 2008 18:56 (UTC +04:00)
Rusiya tərəfi Tbilisi hava limanına zərbə endirməyib – Baş qərargah

Rusiya, Moskva, 11 avqust/ Trend , müxbir R.Novruzov/ Rusiya tərəfi Tbilisi hava limanına zərbə endirməyib,- Rusiya SQ Baş Qərargahının rəis müavini general-polkovnik Anatoli Noqovitsın bazar ertəsi Moskvada keçirilən mətbuat konfransında bildirib.

"Tbilisi hava limanına zərbə endirilməyib, axı bu, fəaliyyət göstərən hava limanıdır və dinc sakinlərin zərər görməsi ilə bağlıdır", - A.Noqovitsın bildirib.

Onun sözlərinə görə, zərbələrin hədəfi Tbilisi hava limanı ərazisində yerləşən radardır.

Avqustun 8 -də gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası" adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Dünən səhər Gürcüstanın ehtiyatda olan hərbi qulluqçularının səfərbərliyi elan edilib.

Rusiya KİV-in məlumatına əsasən, rusiyalı sülhməramlılar arasında həlak olan və yaralananlar var. Gürcüstan tərəfi 20 hərbi qulluqçunun həlak olduğunu bildirir. Rusiya XİN rəhbəri bəyan edib ki, Cənubi Osetiyanın dinc sakinləri arasında həlak olan və yaralananların sayı minlərlədir.

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli və Bolnisi şəhərləri Rusiya HHQ-nin intensiv atəşinə məruz qalıb. Marneuli hava limanının atəşə tutulması nəticəsində ən azı dörd nəfər həlak olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti