Azərbaycan, Lənkəran, 13 avqust / Trend P.Əliyeva/ ABŞ -ın Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) Azərbaycanda keçiriləcək prezident seçkisində "exit-poll" həyata keçirməyəcək.
"Kifayət qədər maliyyə yardımı olmadığından, seçkilərdə "exit-poll" aparılmayacaq",- çərşənbə günü Trend -a BRİ-nin Azərbaycan nümayəndəliyinin Siyasi Proqramlar üzrə rəhbəri Tural Əhmədov bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. İndiyə qədər12 iddialı seçkidə iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Əhmədov qeyd edib ki, ABŞ -ın Beynəlxalq İnkişaf Agentliyi maliyyə ayırmadığından, "exit-poll" -un keçirilməsi nəzərdə tutulmur.
ıMəqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]