...

Azərbaycan paytaxtındakı çimərlikdən tank əleyhinə mina tapılıb

Siyasət Materials 14 Avqust 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtındakı çimərliklərin birində tank əlehinə minalar tapılıb.

Sabunçu rayon Polis İdarəsinin (RPİ) 14 - cü polis bölməsindən cümə axşamı Trend -a verilən məlumata görə, avqustun 13-də Bakı şəhər sakini Rəfail İmanov 14 - cü polis bölməsinin əməkdaşlarına Bilgəh qəsəbəsində yerləşən cimərliyin yaxınlığındakı yarımçıq tikilinin yanındakı zibillikdə partlayıcı qurgu görməsi haqda məlumat verib.

Polis bölməsindən bildiriblər ki, polis əməkdaşları dərhal hadisə yerinə gedib əraziyə baxış keçirib, oradan 2 ədəd nömrəsi silinən tank əleyhinə mina aşkar edərək götürüblər.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti