...

Azərbaycanın müxalif Klassik Xalq Cəbhəsi Partiyası müxalifətin birliyinin yaradılacağına inanmır

Siyasət Materials 22 Avqust 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisini boykot edən müxalifət partiyalarının yeni birliyinin yaradılacağına inanmır.

"Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması arzudur və istəyərdik ki, belə bir şey olsun. Lakin müxalifətdəki adamlarla belə işləri görməyin çox çətinlikləri var", cümə günü jurnalistlərə müxalifəti təmsil edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Müxalifəti təmsil edən partiyaların əksəriyyəti seçkini boykot edir. "Azadlıq" blokunda təmsil olunan Xalq Cəbhəsi Partiyası müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlara başlayıb.

Mirəlioğlu qeyd edib ki, müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı onlara da müraciət olunub. Lakin hələlik müraciətə cavab verməyiblər.

"Nümayəndəmiz söhbətlərdə iştirak edib. Biz həm də bu məsələni öz müttəfiqlərimizlə müzakirə etməliyik. Mövqeyimiz bundan sonra məlum olacaq", - deyə partiya sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti