...

ŞƏT-in Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi Gürcüstanın tərəfdarları üçün siqnaldır – RF prezidenti

Siyasət Materials 28 Avqust 2008 13:27 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Abxaziya və Cənubi Osetiyada Rusiyanın sülhməramlı missiyası üzrə vahid mövqeyi beynəlxalq rezonans doğurmalı və Gürcüstanın hərəkətinə haqq qazandıranlar üçün ciddi siqnal olmalıdır. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə cümə axşamı ŞƏT-in Düşənbədə keçirilən iclasında çıxış edən Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev bildirib.

"Təəssüf ki, güc tətbiq edilməklə milli maraqların təmin edilməsi istiqamətində cəhdlərin davam etdiyini qeyd etməli oluruq. Gürcüstanın Cənubi Osetiyaya qarşı təcavüzü belə məsuliyyətsiz və cinayətkar əməllərə misaldır", - deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti