...

Avropa İttifaqının sammiti başa çatıb və bizim ehtiyatlı optimizmə haqqımız var - gürcü ekspert

Siyasət Materials 2 Sentyabr 2008 18:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Ekspert İosif Tsiskarişvili hesab edir ki, Avropa İtifaqının sammiti başa çatdıqdan sonra "Gürcüstanın ehtiyatlı optimizmə hüququ var". "Gürcüstan tele-mühiti əhalini qeyri-real gözləntilərə hazırlasa da, Tbilisinin xeyrinə müsbət amilləri tapmaq mümkündür", - o bildirib.

"Avropa İttifaqının qəbul etdiyi qərarlar, dünyanın mövcud vəziyyətinə adekvatdır", - ekspert qeyd edib.

Tsiskarişvili altı bəndlik razılaşmada "Rusiya qoşunlraının təcili çıxarılması"söz birləşməsini, konkret tarixlə əvəzlənməsinin əhəmiyyətini vurğulayıb. "O da görünür ki, Sarkozinin siyasi nüfuzu, vəziyyətin həlli ilə bağlı məsuliyyətdən azad edilməyib", - ekspert əlavə edib.

Onun bildirdiyinə görə, əsas məsələ, Rusiyanın beynəlxalq qüvvələr çıxarıldıqdan sonra münaqişə zonaları arxasındakı nəzarət-buraxılış məntəqələrini azaltmağa hazır olmasını bildirməsidir. "Belə hərəkətlər bir anda edilmir və təbii ki, bir neçə həftə gözləməli olacağıq", - o vurğulayıb.

Gürcü ekspertin sözlərinə görə, sammitin nəticələrindən narazılıq etmək doğru olmazdı. Bununla yanaşı, Tsiskarişvilinin bilavasitə münaqişə zonalarında Gürcüstanın xeyrinə dəyişikliyə ümidi yoxdur.  

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti