...

Ukrayna Gürcüstana 10 milyon dollar həcmində əlavə humanitar yardım ayırıb

Siyasət Materials 9 Sentyabr 2008 14:10 (UTC +04:00)

Gürcüstan , Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Ukrayna hökuməti Gürcüstana 10 mln. dollar həcmində əlavə humanitar yardımın ayrılması barədə qərar qəbul edib. Bu barədə Tbilisiyə səfərə gələn Ukrayna baş nazirinin müavini Qriqori Nemırya bildirib.

Nemırya bu gün ATƏT-in Gürcüstandakı nümayəndəsi Terri Hakkal ilə görüşəcək və Qoridə qaçqınlara baş çəkəcək.

Ukrayna baş nazirinin müavini Qoridən qayıtdıqdan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti