...

Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafı Bakıda müzakirə edilib

Siyasət Materials 15 Sentyabr 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Azərbaycan və Çinin hakim partiyaları arasında əlaqələrin inkişaf perspektivləri bu gün Bakıda müzakirə edilib.

"Ölkələrimiz arasında qarşılıqlı münasibətlər dərin tarixi köklərə malikdir", Trend -un məlumatına görə, bazar ertəsi hakim Yeni Azərbaycan Parptiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovlə görüşündə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr naziri Van Çzyajuy bildirib.

Çin Kommunist Partiyasının geniş tərkibli nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Çzyajuy bildirib ki, diplomatik əlaqələrin yaradılmasından sonra Azərbaycan və Çin arasında dostluq, qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıq münasibətləri daha da sürətlə inkişaf edir.

Çin Kommunist Partiyasının dünyanın 50-dən çox ölkəsində aparıcı siyasi partiyalarla qarşılıqlı əlaqəsindən bəhs edən Çzyajuy təmsil etdiyi qurumun YAP ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

YAP sədrinin müavini Əhmədov isə görüşdə prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər, partiyanın cəmiyyətdəki və siyasi həyatdakı rolu və mövqeyi barədə qonaqlara ətraflı məlumat verib.

Əhmədov partiyalararası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin YAP tərəfindən dəstəkləndiyini və bu istiqamətdə təşəbbüslərin reallaşacağına tam əminliyini ifadə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti