...

Azərbaycan paytaxtında Cin vətəndaşına qarşı quldurluq edən Bakı sakini tutulub

Siyasət Materials 15 Sentyabr 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Yasamal rayonu ərazisində Cin Xalq Respublikasının vətəndaşına qarşı quldurluq edən şəxs yaxalanıb.

Yasamal rayon Polis İdarəsinin (RPİ) 26 - cı polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində, sentyabrın 13 - də Cin Xalq Respublikasının vətəndaşı Chanq Mianfenin boğazına bıçaq diriyərək, onun mobil telefonunu əlindən alıb qaçan Bakı sakini, 1985 - ci il təvəllüdlü Namiq Həsənov bazar günü tutulub.

Faktla bağlı Yasamal RPİ-dən Azərbaycan Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti