...

ATƏT-in Ali komissarı Abxaziya və Cənubi Osetiyaya səfər edəcək

Siyasət Materials 16 Sentyabr 2008 12:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili və ATƏT-in milli azlıqlarla iş üzrə Ali komissarı Knut Vollebek Rusiyanın Gürcüstandakı münaqişəyə hərbi müdaxiləsi nəticəsində yaranan vəziyyəti müzakirə ediblər.

XİN-in məlumatına görə, görüşdə əsas diqqət Abxaziya ərazisində və Sxinavali regionunda yaşayan etnik gürcülərin vəziyyətinə yönəldilib. Gürcüstan tərəfi qeyd edib ki, separatçılar arası kəsilmədən etnik təmizləmə həyata keçirirlər ki, bu da tez- tez qurbanların olmasına səbəb olur.

ATƏT-in Ali komissarı bildirib ki, o, vəziyyəti aydınlaşdırmaq üçün Qal rayonu və ona bitişik kəndlərə, həmçinin Yuxarı Abxaziya, Sxinvali və Axalqoriyə səfər etməyə və bundan sonra mövcud vəziyyət haqqında hesabat hazırlamağa hazırlaşır.

Tərəflər ATƏT-in milli azlıqlarla iş üzrə Ali komissarının mandatına daxil olan prioritet məsələlər üzrə fəal əməkdaşlığın davam etdrilməsi barədə razılıq əldə ediblər.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti