...

Azərbaycanda keçiriləcək prezident seçkisi və daxili-siyasi vəziyyət Moskvada müzakirə olunacaq

Siyasət Materials 22 Sentyabr 2008 13:13 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkisi və daxili-siyasi vəziyyət Moskvada müzakirə olunacaq

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , N.Abdullayeva/ Moskvada Azərbaycanda keçiriləcək prezident seçkisi və ölkədəki daxili-siyasi vəziyyət müzakirə olunacaq. "Vahid Rusiya Fondu" və "Rusiyanın strategiyası" jurnalı cümə axşamı Moskvada "Azərbaycan 2008 - perezident seçkiləri və daxili-siyasi strategiya" adlı "dəyirmi masa" təşkil edəcək. Bu barədə Trend -a bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən məlumat veriblər.

Azərbaycanı "dəyirmi masa"da Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev təmsil edəcək. Görüşə həmçinin Rusiyanın 50 eksperti və diplomatik nümayəndəliklərin əməkdaşları dəvət olunub.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti