...

Azərbaycanın prezidentliyə namizədinin vəkilləri qeydə alınıb

Siyasət Materials 23 Sentyabr 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı,23 sentyabr / Trend , müxbirİ.Əlizadə / Azərbaycanın Mərkəzi Seçki Komissiyası müxalifəti təmsil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizəli Qudrət Həsənquliyevin vəkillərini qeydə alıb.

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezidentliyə namizədi Qüdrət Həsənquliyevin 50 nəfərdən ibarət vəkillərin siyahısını MSK-ya təqdim edib". Bu barədə MSK-nın çərşənbə axşamı keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

MSK namizədliyi Butöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Mikail Rəhimovun komissiyada məşvərətçi səs hüququ ilə təmsil olunmasına dair qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti