...

Azərbaycan prezidenti Saatlı rayonunda Heydər Əliyev Muzeyinin açılışında iştirak edib

Siyasət Materials 26 Sentyabr 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 26-da Saatlı rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstəsi qoyub.

Sahəsi 5,6 hektar olan parkda yaraşıqlı fəvvarə inşa edilib. Parkın ərazisində milli memarlıq üslubunda tikilmiş Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, rəsm qalereyası yerləşir. 15 metr hündürlükdə ölkəmizin dövlət bayrağı dalğalanır, genişekranlı monitor qoyulub, uşaq əyləncə və istirahət mərkəzi yaradılıb.

Müxtəlif xidmət obyektləri olan parkda əhalinin istirahəti üçün guşələr yaradılıb, rahat oturacaqlar qoyulub, dekorativ ağaclar, müasir işıqlandırma sistemi qurulub. Parkda 33 nəfər daimi işçi çalışır.

İlham Əliyev Saatlı şəhərində Heydər Əliyev Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, muzeylə tanış olub.

Milli memarlıq üslubunda tikilmiş, sahəsi 223 kvadratmetr olan muzeyin ekspozisiya salonunun 8 bölməsində öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanıb. Burada 5 nəfər işlə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti