...

Azərbaycan pezidenti ABŞ Dövlət Katibinin müavinini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2008 18:31 (UTC +04:00)

Azərbayan, Bakı, 02 oktyabr/ Trend /Azərbaycan pezidenti İlham Əliyev cümə axşamı ABŞ Dövlət Katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin səviyyəsindən razılıq ifadə olunub və bu əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Neqroponte Azərbaycana ilk dəfə səfər etdiyini və səfər müddətində artıq Səngəçal terminalında olduğunu bildirib. Dövlət Katibinin müavini bu terminalın, eləcə də paytaxtda müşahidə etdiyi quruculuq işlərinin və inkişafın onda yüksək təəssürat yaratdığını söyləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti