...

Gürcüstan prezidenti hərbi ehtiyat və rabitə komandanlığının işindən narazıdır

Siyasət Materials 3 Oktyabr 2008 07:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 oktyabr/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili gürcü-osetin münaqişəsi zamanı ordunun nöqsanlarını cümə günü Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin komandanlığı ilə keçirdiyi iclasda qeyd edib.

Gürcüstan prezidenti bir çox əsgər və zabitlərin qəhrəmanlığını qeyd etsə də, bəzi nöqsan və səhvlərin olduğunu da nəzərə çatdırıb. O, hərbi ehtiyat və rabitə komandanlığının işindən narazılığılnı gizlətməyib. "Biz orduya çağırış sisteminə yenidən baxmalıyıq", deyən Gürcüstan prezidenti ehtiyat qüvvələrinin komandanı David Aptsiaurini tutduğu vəzifədən azad etdiyini bildirib. 

Mixail Saakaşvili digər kadr dəyişmələri ilə də tədbir iştirakçılarını tanış edib. Ordunun yalnız 5 il öncə qurulmağa başladığını qeyd edən prezident, artıq 10 dəfə çox iş görülməsinə ehtiyac olduğunu vurğulayıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti