Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti Li Men Baka Koreyanın Milli bayramı münasibətilə təbrik məktubu göndərib.
їMilli bayramınız ї Dövlətin yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ölkələrimiz arasındakı əməkdaşlığın öz əhatə dairəsini gündən-günə genişləndirməsi, sabit və ardıcıl inkişafı böyük məmnunluq doğurur. Əminəm ki, istər dövlətlərarası münasibətlərimizin, istərsə də bütün səviyyələrdə dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyikї ї deyə dövlət başçısının məktubunda deyilir.