...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 10 Oktyabr 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 11.30-dan 11.40-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.00-dan 17.15-dək, 21.30-dan 21.55-dək, 22.35-dən 23.05-dək və oktyabrın 10-da saat 03.20-dən 04.00-dək, 05.20-dən 05.30-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Seysulan və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək və oktyabrın 10-da saat 01.45-dən 02.05-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti