Türkiyə, Ankara, 10 oktyabr/ Trend , müxbir A.Ələsgərov/ Azərbaycanda keçiriləcək prezident seçkilərində Türkiyədəki Azərbaycan vətəndaşlarının səs vermələrini təmin etmək üçün Ankara səfirliyində və İstanbul konsulluğunda seçki məntəqəsi yaradılıb.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Türkiyə ərazisində vətəndaşlarımız yalnız Ankaradakı səfirliyimiz və İstanbuldakı Baş konsulluqda yaradılmış məntəqələr vasitəsilə səs verə bilərlər. Türkiyənin başqa bölgələrində məntəqələr olmayacaq.
Ankarada 562, İstanbulda isə 558 nəfərə yaxın seçici siyahıya alınıb. Bu siyahılar artıq təsdiqlənib və bu rəqəmlər son göstəricilərdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]