Türkiyə PKK terror təşkilatı ilə mübarizəyə 7 min xüsusi təyinatlı polis cəlb edəcək. Bu barədə Türkiyənin їHaber7ї informasiya agentliyi məlumat verib.
PKK-ya qarşı mübarizədə xüsusi təyinatlı polislərdən istifadə etmək qərarı Türkiyə Silahlı Qüvvələrinin tələbi əsasında verilib. Xüsusi təyinatlı polislər Türkiyənin İraqla sərhəd olan bölgəsində xidmət göstərəcəklər.