...

Kuşner Rusiya qoşunlarının Gürcüstanın bufer zonalarından çıxarılması prosesindən qismən razıdır

Siyasət Materials 10 Oktyabr 2008 16:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/Fransanın xarici işlər naziri Bernar Kuşner Rusiya qoşunlarının Gürcüstanın bufer zonalarından çıxarılması prosesindən qismən razıdır. O, bu barədə bəyanatı Qoridə Cənubi Osetiyadan olan qaçqınların məskunlaşdığı çadır düşərgəsində edib.

Fransa XİN-nin rəhbəri qeyd edib ki, їbu məsələ ilə bağlı danışıqlar mütləq davam etdiriləcəkї. O, qaçqınlarla söhbətində onların tezliklə doğma evlərinə qayıdacaqlarına ümid etdiyini bildirib.

Kuşner səfəri haqqında daha ətraflı Batumidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə planlaşdırılan görüşündən sonra danışacağına söz verib. Kuşner Qoridən  əvvəl Gürcüstan - Cənubi Osetiya münaqişəsi zonasında yerləşən gürcü kəndlərində olub. Fransalı nazir əhali ilə görüşdən sonra yerli polis şöbəsinə baş çəkib və ona bildiriblər ki, Rusiya qoşunları və osetin qanunsuz birləşmələri, demək olar ki, hər şeyi məhv ediblər.

Xəbər lenti

Xəbər lenti