...

Azərbaycanın Müxalifətin Əməkdaşlığı Mərkəzi Bakının mərkəzində mitinq keçirmək niyyətindədir

Siyasət Materials 13 Oktyabr 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir C.Babayeva/Azərbaycanın Müxalifətin Əməkdaşlığı Mərkəzi oktyabrın 18 - də Bakının mərkəzi meydanlarının birində mitinq keçirməyi planlaşdırıb.

"Mitinqin keçirilməsi üçün yerin ayrılması ilə bağlı müraciət bazar ertəsi Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilib. Mitinq prezident seçkilərinin yekunlarına həsr ediləcək. Mitinqdə 10 min adamın iştirakı gözlənilir", - bazar ertəsi Trend - a Müsavat partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Müxalifətin Əməkdaşlığı Mərkəzinə "Azadlıq"bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat partiaysı və "Azərbaycan naminə"İctimai Forum daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Bəyanatı imzalamış siyasi təşkilatlar sentyabrın 28 - də Bakının mərkəzi meydanlarının birində mitinq keçirmək barədə qərar qəbul ediblər. Siyasi təşkilatlar mitinqin keçirilməsi üçün yerin ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Şəhərin İcra Hakimiyyəti aksiyanı şəhərin ətrafında yerləşən "Neftçi"İdman - Sağlamlıq Mərkəzinin Bibiheybət stadionunda keçirilməsinə icazə verib. Müxalifət bunula razılaşmayıb və aksiya təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti