...

Azərbaycan hakimiyyəti seçkilərin obyektiv və şəffaf keçməsi üçün bütün səylərini sərf edir – MDB İcraiyyə Komitəsinin katibi

Siyasət Materials 14 Oktyabr 2008 14:27 (UTC +04:00)
Azərbaycan hakimiyyəti seçkilərin obyektiv və şəffaf keçməsi üçün bütün səylərini sərf edir – MDB İcraiyyə Komitəsinin katibi

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək MDB missiyası seçkilərə hazırlıq prosesindən razıdır.

"Azərbaycan hakimiyyəti qarşıdakı prezident seçkisinin obyektiv və şəffaf keçməsi üçün bütün səylərini sərf edir", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə MDB İcraiyyə Komitəsinin katibi, Azərbaycanda prezident seçkisi üzrə müşahidə missiyasının rəhbəri Sergey Lebedyev bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

"Seçkiyə hazırlıq olduqca yaxşıdır. Biz ölkənin bütün regionlarında səsvermənin gedişatını müşahidə edəcəyik, seçki məntəqələrində veb-kameraların quraşdırılmasını isə hakimiyyətin seçkilərin obyektiv və şəffaf keçməsi üçün bütün səylərini sərf etməsindən savayı başqa bir şey hesab etmirəm", - deyə Lebedyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan seçiciləri bu gün siyasi cəhətdən daha çox hazırlıqlıdırlar. "Seçicilər artıq namizədlərin populist mülahizələrinə aldanmırlar. Biz seçicilərlə bir sıra görüşlər keçirdik və onların seçkilərə daha məsuliyyətlə yanaşdıqlarına əmin olduq", - deyə MDB İcraiyyə Komitəsinin katibi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti