...

Ankarada seçkilərdə fəallıq müşahidə olunur - səfir

Siyasət Materials 15 Oktyabr 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , B.Həsənov/ Azərbaycanın Türkiyədəki səfirliyində keçirilən seçkilərdə fəallıq müşahidə olunmaqdadır.

"Seçkilər bir saat əvvəl başlayıb və seçicilər artıq səsvermədə iştirak etmək üçün səfirliyə gəlirlər", -deyə Azərbaycanın Türkiyədəki fövqalədə və səlahiyyətili səfiri Zakir Həşimov Trend -a bildirib.

Ankarada rəsmi qediyyatda olan Azərbaycan vətəndaşlarının ümumu sayı 562 nəfərdir.

"Burada iş günü olduğu üçün seçicilərin əsas hissəsini təşkil edən tələbələrin dərsdən sonra gələcəyi gözlənilir. Günorta növbəsində oxuyan tələbələrin bir hissəsi isə artıq seçkilərdə iştirtak edib", - deyə səfir əlavə edib. O həmçinin bildirib ki, artıq təxminən 90 nəfər səsvermədə iştirak edib.

"Seçkilərdə seçicilərin faəl iştirakı müşahidə olunur", - deyə səfir qeyd edib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti