...

Bakı vaxtı ilə saat 10.00 - a olan məlumatlara görə, Azərbaycanda 14,1% seçici səs verib

Siyasət Materials 15 Oktyabr 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Bakı vaxtı ilə saat 10 - a olan məlumatlara görə, 686 724 nəfər və ya seçicilərin 14,1 faizi səsvermdə iştirak edib. Bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Ölkədə ümumilikdə 4 834 584 seçici qeydiyyata alınıb.

Bu gün Azərbaycandaprezident seçkisi keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqlə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti